.jpg)
Bakı polisi dilənçilərə qarşı reyd keçirib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, reydi Daxili işlər Nazirliyinin Çevik Polis Alayı, Nərimanov rayon Polis İdarəsinin 16-cı və 17-ci polis bölmələri, həmçinin Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində avara həyat tərzi keçirən və dilənçiliklə məşğul olan 3 qadın, 3 azyaşlı müəyyən olunaraq barələrində protokol tərtib olunub.
Hacı Zeynalov