Bakı polisi axtarışda olan şəxslərin həbs edilməsi üçün əməliyyat keçirib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1974-cü il təvəllüdlü Mübariz Qabilov tutulub.

Mübariz Qabilov Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə axtarışda olub.

Daha bir əməliyyatı Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi axtarışda olan 1983-cü il təvəllüdlü Mərahim Qasımov tutulub.

Hacı Zeynalov