
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü, Nazim Məmmədov, 1982-ci il təvəllüdlü, Zaur Ədilov və Tovuz rayon sakini 1993-cü il təvəllüdlü İlkin Bayramov tutulublar.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, mütəşəkkil dəstənin üzvləri yanvarın 21-də, saat 22:20 radələrində, Ə.Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui-istifadə edərək, 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli biliniblər.
Şübhəli şəxslər ətrafında keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş Nazim Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Z.Ədilov polis baş leytenantı rütbəsində Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraqalqı-satqısını həyata keçiriblər.
Hacı Zeynalov