
Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxmış və geri qayıtmayıb.
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub.
İLHAMƏ