Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Binəqədi rayonu ərazisində baş verən qəza ilə bağlı birgə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla bir piyadanın ölümünə, digərinin isə xəsarət almasına səbəb olan sürücü tutulub.

Belə ki, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində “Kamaz” markalı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlunun yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurub. Nəticədə Zivər Feyzullayeva hadisə yerində ölməsi, H.Mikayılovun isə xəsarətlər alıb.

Faktı ilə bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı ölən və yaralanan məktəbli olub.

Hacı Zeynalov