Bakının sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Gürcüstan vətəndaşı 1972-ci il təvəllüdlü Fərhad Abdıyev bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ələkbər Mustafayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov