Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə fevralın 9-da, saat 13 radələrində, M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri – 1978-ci il təvəllüdlü Visuhi Cəfərov idarə etdiyi “Kamaz” markalı avtomobillə 2004-cü il təvəllüdlü Zivər Feyzullayevanı və 2005-ci il təvəllüdlü Hüseyn Mikayılovu vurub.

Zivər Feyzullayeva hadisə yerində ölüb, Hüseyn Mikayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsilə iş açılıb.

Binəqədi rayon Polis İdarəsində ə araşdırmalar davam etdirilir.

Hacı Zeynalov