
Bakının Nizami rayonunda çörəkbişirmə sexindən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə fevralın 8-də NZS qəsəbəsində yerləşən çörək sexində qeydə alınıb. Sexin sahibi, Abşeron rayon sakini Sevda Qarayevanın çantasından qızıl əşyalar oğurlanıb.
23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Astara rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Əzimov tutulub.
Hacı Zeynalov