
Biləsuvar şəhər sakinindən 510 qr heroin götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini Qədir Bəşirovdan 510 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Q. Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb.