Bakıda 62 yaşlı qadından narkotik maddələr götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi və 26-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, S.Əsgərova küçəsində yaşayan 1953-cü il təvəllüdlü Sahibə Nəzərovadan 6,115 qram tiryək, 2,273 qram heroin, yaşadığı evdən 440 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.