
2014-cü ildə prokurorluq orqanlarının 46 əməkdaşı inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2014-cü hesabat ilində xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilmiş, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, o cümlədən 5 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılıb, nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.
Hacı Zeynalov