Ağdam rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dadaşlı kənd sakini Pərviz Əhmədov həbs edilib.

Ondan 44,2 qram marixuana götürülüb. Narkotik vasitəni ona satmış həmyerlisi Kamil Əliyevin evinə baxış zamanı tüfəng və 28 ədəd patron da aşkar edilib.

Hacı Zeynalov