
Lənkəran şəhərində avtomobil oğurluğu edənin axtarışda olması müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, fevralın 4-də Lənkəran şəhərinin ərazisindən Lerik şəhər sakini Mirəziz Həmidova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Lerik şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Bünyatov tutulub.
İlkin Bünyatovun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov