Bakının Nizami rayonunda əmioğlular arasında bıçaqlanma olub.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Etibar Rzayev əmisi oğlu, 1985-ci il təvəllüdlü Elşən Rzayevi bıçaqlayıb.

Müxtəlif bədən xəsarətləri alan Elşən Rzayev təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Etibar Rzayev həbs edilib.

İstintaqa ifadə verən şübhəli şəxs cinayətin söyüş üstündə baş verdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Hacı Zeynalov