
Bakının Nərimanov rayonunda qətl hadisəsi törədən həbs edilib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Qusar rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də axşam saatlarında Ə.Vahid küçəsində yerləşən modalar evində dərzi işləyən anası, 1967-ci il təvəllüdlü Sevinc Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, borclu kimi axtarışda olan, 1992-ci il təvəllüdlü Elnur Əliyev tutulub. O, Qusar Sərhəd Keçid Məntəqəsində ölkədən qaçmaq istəyərkən yaxalanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Hacı Zeynalov