Bakının Nərimanov rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Seymur İbadov yaxalanıb. Ondan 485 qram marixuana götürülüb.

Daha bir əməliyyatı Ağdaş rayon Polis Şöbəsi əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Eldar Ağaməmmədovdan 445 qram marixuana götürülüb.

Oxşar əməliyyatı Şamaxı polisi keçirib. Şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Bəhrəmov həbs edilib. Ondan 421,19 qram marixuana götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Turqut Quluzadədən 101,627 qram heroin götürülüb. Narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Cəbrayıl Bağırov da tutulub. Ondan 16,053 qram heroin götürülüb.

Hacı Zeynalov