Bakının Xətai rayonunda soyğunçuluq edən gənclər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, yanvarın 29-da günorta saatlarında Telnov küçəsi Tərlalə Əliyevanın mənzilinin açıq qapısından daxil olmaqla, soyğunçuluq əməli törədilib.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri 1991-ci il təvəllüdlü Günay Şirinova, 1983-cü il təvəllüdlü Elvin Mahmudov və qardaşı 1981-ci il təvəllüdlü Elşən Mahmudov idarə etdiyi “QAZ-21” markalı avtomobillə saxlanılaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilib.

Hacı Zeynalov