
Bakının Binəqədi rayonunda taksi sürücüsünə quldurluq edənlər yaxalanıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi qəsəbəsində Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin kimi əyləşib. Daha sonra həmin şəxs Ələt qəsəbəsində sürücüyə bıçaqla hədə-qorxu gələrək quldurluq yolu ilə onun avtomobilini ələ keçirib.
Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmədkə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Rövşən Allahverdiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov