
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Qubara rayon sakini, 1998-ci il təvəllüdlü Elman Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elman Cəlilov saxlanılıb. O, ötən ilin yanvarın 16-da Eldar Əliyevə məxsus mağazadan 221 manat və 40 rubl pul, habelə məişət əşyası oğurlamaqda təqsirli bilinib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elman Cəlilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov