Bakının Binəqədi rayonunda ötən ilin yayında dələduzluq edən qadınlar həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1959-cu il təvəllüdlü Asyaxanım Hüseynova və 1961-ci il təvəllüdlü Sevinc Orucova tutulublar.

Onlar 2014-cü il avqust ayında Bakı şəhər sakini Gülşən İmranovanın etibarından sui-istifadə edərək 42000 manat dəyərində saxta zərgərlik məmulatları satmaqla dələduzluq əməli törətməkdə şübhəli bilinirlər. Saxlanılan hər iki qadın əvvəllər məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov