Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyük Düz kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Hər iki sürücü və S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb, digər 1 sərnişini, habelə N.Əliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov