
Bakının Nərimanov rayonunda oğurluq edən şəxs yaxalanıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Ə.Qayıbov küçəsi 2090-cı məhəllədə Bakı şəhər sakini Elşən Musayevə məxsus “Kamaz” markalı avtomobilin hissələrini oğurlayıb. Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Elşən Poladov müəyyən olunub. O, həbs edilib.
Faktla əlaqədar araşdırma aparılır.
Hacı Zeynalov