Bakının Nəsimi rayonunda cibgirlik edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə çoxsaylı oğurluq cinayətlərində şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Polad Əfəndiyev müəyyən olunaraq tutulub.
Şübhəli şəxsin üzərindən 1,735 qram tiryək aşkarlanıb.

Hacı Zeynalov