
Bakının Xəzər rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsi törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, 1993-cü il təvəllüdlü Xanlar Kərimov tutulub.
Xanlar Kərimov yanvarın 10-da, saat 06.000-da Mərdəkan qəsəbəsində yerləşən mağazadan çörək almaq istəyən Bakı şəhər sakini Mahir Salamova qarşı quldurluq edib. O, Mahir Salmanovun pulunu alaraq hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlayıb.
Hacı Zeynalov