
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirli bilinən Ədalət Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Ədalət Əsgərov tutulub. O, ötən ilin iyulun 1-də Şərif Zülfüqarovun 20 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda təqsirli bilinir.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ədalət Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov