Bakı polisi silah və narkotiklərlə bağlı əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Cəfərovun evindən 1 ədəd qumbara və 1 ədəd fitili ilə birgə partlayıcı qurğu aşkar edilərək götürülüb.

Hacı Zeynalov