“Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 118 epizod üzrə korrupsiya cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

Teleqraf.com xəbər verir ki, bunu 2014-cü ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, istintaqı aparılan işlərdən biri özəl şirkətdir: “Həmin şirkətdə 35 milyon manat mənimsəmə var. Həmin iş üzrə çox ciddi araşdırma aparılır”.

İdarə rəisi əlavə edib ki, ümumilikdə 470 iş üzrə istintaq aparılıb.

Hacı Zeynalov