Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Suraxanı rayonunda “Daewoo” markalı sərnişin avtobusunda baş verib.

Nəticədə avtobusun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.