Lənkəranda sərnişin avtobusunda cibgirlik edən qadın həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 10-da Lənkəran şəhərində Astara rayon sakini Şöhrət Əliyevin cibindən 51 manatı oğurlanıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Havzova kənd sakini Arifə Ağayeva tutulub.

Hacı Zeynalov