Gəncə şəhərindən evdən külli miqdarda pul oğurlanıb.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərinin Azərbaycan küçəsində qeydə alınıb. Şəhər sakini Eldar Tanrıquliyevin evindən 7 min 650 manat nağd pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Qurbanov tutulub.

Hacı Zeynalov