Gəncə şəhərində toyda baş verən dava bıçaqlanma ilə nəticələnib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Kərimov toy mərasimində musiqi sifarişi üstündə dava edib. Dava zamanı o, naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov