Abşeronda və Salyanda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Salyan rayonunda keçirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakinləri Şöhrət Ağayev və Abış Ələkbərov həbs ediliblər. Onlar 1kiloqram 110 qram marixuananı satarkən yaxalanıblar.

Hacı Zeynalov