Zərdab rayonunda ötən il dekabrın 30-da son günü baş verən dəhşətli qətl hadisəsinin üstü açılıb. Bu barədə Teleqraf.com-a Zərdab rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Zərdab rayon Prokurorluğu və polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəliquşçu kənd sakini Vüsal Mehdiyev tutulub. O, ötən ilin dekabrın 30-da həmkəndlisi Rəşad Zeynalovu bıçaqlayaraq qətlə yetirib və daha sonra meyitini yandırıb.

Qeyd edək ki, Rəşad Zeynalovun meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb. Məlumata görə, Rəşad Zeynalov dekabrın 29-da axşam saatlarında yoxa çıxıbmış.

Rəşad Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov