
Daşkəsən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 24-də, saat 15 radələrində Daşkəsən rayonunun Mollahəsənli kəndində qeydə alınıb. Kənd sakini Elşad Paşayev idarə etdiyi “T-16” markalı traktoru aşırıb. Sürücü hadisə yerində ölüb.
Hacı Zeynalov