Bakı şəhər sakininə məxsus qaçırılmış avtomobil paytaxtın Nizami rayonunun ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Amil Nəbiyevə məxsus qaçırılmış "VAZ-2106" markalı avtomobilin avqustun 31-də M.Ə.Rəsulzadə qəsəbəsində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilib.

Bakı BPİ DYPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobil Nizami rayonunun ərazisində saxlanılıb və onu qaçırmış paytaxt sakini İsmayıl Baxışov tutulub.

Faktla bağlı araşdırma aparılır.