Tərtər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Düyərli kəndinin ərazisində qeydə alınıb.

Rayon sakinləri - Arzu Qəmbərovun və Taleh Həsənovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. T.Həsənov və sərnişinləri, rayon sakinləri Hidayət Şirinov, Tahirə Həsənova və İlham Ağayev xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov