BEYLƏQAN, 24 avqust. TELEQRAF

Beyləqanda ölümlə nəticələnən qəza baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza

Bakı-Beyləqan avtomobil yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "MAN" markalı "TIR" "Hyundai" markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü 1978-ci il təvəllüdlü Məmmədov Əlzamin Saday oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.