BAKI, 24 avqust. TELEQRAF
“İnanıram ki, səhvlərimizdən nəticə çıxarmışıq. Bütün futbolçularım “Hapoel”lə oyuna hazırdır. Nəticəni dəyişmək istəyirik. İnanıram ki bunun öhdəsindən gələcəyik”.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqşisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off turunun “Hapoel”lə (Beer-Şeva, İsrail) cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun barədə bunları söyləyib:
“Biz bu stadionu sevirik. Sabah çox gözəl atmosfer olacaq. Tofiq Bəhramov bizə tanış stadiondur. Biz burda ölkənin ən yaxşı komandalarından birini - “Qarabağ”ı məğlub etmişik”.
Qeyd edək ki, qarşılaşma avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.