BAKI, 24 avqust. TELEQRAF

Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Teleqraf-ın məlumatına görə, ötən gün gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayev yaşadığı evdə 1984-cü il təvəllüdlü həyat yoldaşı Alfina Azizova ilə birlikdə spirtli içki qəbul edib.

Daha sonra onlar arasında mübahisə olub. Qadın stolun üzərində olan bıçağı götürərək ərinin boğaz nahiyəsinə zərbə vurub. Hadisə onların birgə nikahdan olan iki uşağının gözləri qarşısında baş verib.

Qonşular bildirir ki, ər və həyat yoldaşı uzun müddətdir spirtli içki aludəçisi olub.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokuroluğunda cinayət işi başlanılıb.