BAKI, 24 avqust. TELEQRAF

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının II turunda keçirilmiş "Turan Tovuz" - "Şamaxı" oyunundakı mübahisəli epizoda münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

R.Həsənov cərimə zərbəsindən sonra topun qapı xəttini keçdiyini təstiqləyən aydın görüntü olmadığını vurğulayıb:

"Bu halda VAR müdaxiləsinə ehtiyac yoxdur və meydanda hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır".