Abşeronda ərini öldürən qadın həbs edilib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, iyulun 14-də Novxanı qəsəbəsində 1952-ci il təvəllüdlü Arif Qasımovun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Məlahət Qasımova tərəfindən bıçaqlandığı müəyyən edilib. O, həbs edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov