Dünyada "pişik qadın" kimi tanınan 71 yaşlı Coslin Vildenşteyn həbs olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb onun 49 yaşlı həyat yoldaşı Loyd Kleyna hücum etməsi olub.

Məlumatlara görə, hadisə Manhettendə baş verib. Kleynin sosial şəbəkədə çox vaxt keçirməsi Coslinin xoşuna gəlməyib və o, həyat yoldaşını öldürmək qərarına gəlib.

Ancaq Coslinin istəyi baş tutmayıb. Bıçaqlı hücum zamanı Kleyn yaralanıb. "Pişik qadın" isə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Elvin