Bakıda Dəri-Zöhrəvi dispanserdə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserinin 2-ci mərtəbəsində həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb.

Dispanser binası yanğından mühafizə olunub.

Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.