Bakının Binəqədi rayonunda oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, iyul ayının 25-də Binəqədi rayonu ərazisindəki restoranlardan birində Bakı şəhər sakini Rüfət Məmmədova məxsus mobil telefon oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Rüfət Qocayev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hacı Zeynalov