BAKI, 8 noyabr. TELEQRAF

“Altı il əvvəl bir bədən olan Azərbaycan xalqı qardaşım İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqla Qarabağı yenidən azadlığına qovuşdurdu”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“Sözlərimə Qarabağın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin minnətdarlıq və ehtiramla yad etməklə başlamaq istəyirəm. Qazilərimizə təşəkkürümü bildirir, Uca Allahdan onlara sağlamlıq, əmin-amanlıq və uzun ömür diləyirəm.

Altı il əvvəl İlham qardaşımın qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı Zəfər Azərbaycanın haqq davasının ən gözəl təcəssümü, bütün Türk dünyasının qürur mənbəyi olaraq qalmaqdadır”, - Türkiyə lideri qeyd edib.