BAKI, 15 iyun. TELEQRAF
Türkiyənin Azərbaycandakı səfirliyi Şuşa Bəyannaməsinin 5-ci ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.
Paylaşımda rəsmi Bakı və Ankara arasındakı qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin bu sənədlə tarixi mərhələyə qədəm qoyduğu bildirilir:
"Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri beş il əvvəl bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə yeni və tarixi bir mərhələyə qədəm qoyub. Şuşa Bəyannaməsinin ortaya qoyduğu hədəflər və ortaq gələcək vizyonu çərçivəsində can Azərbaycanla hər sahədə əməkdaşlığı daha da gücləndirmək və inkişaf etdirmək qətiyyətlə davam etdiriləcək".