BAKI, 7 mart. TELEQRAF

Təbriz Baş Konsulluğu İrandan tam təxliyə olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, Tehrandakı səfirlik nümayəndələrinin isə böyük hissəsi Azərbaycana təxliyə edilib.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov dünən Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş konsulluğun təxliyəsi barədə tapşırıqlar verildiyini bildirmişdi.