BAKI, 24 fevral. TELEQRAF
Azərbaycanın ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasına dəvət olunması Amerika siyasi elitasının rəsmi Bakıya bəslədiyi dərin rəğbətin bariz göstəricisidir.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Teleqraf-a müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Donald Tramp və Prezident İlham Əliyev arasında mükəmməl dialoq, səmimi dostluq münasibətləri və qarşılıqlı anlaşma mövcuddur:
"D. Tramp Azərbaycan lideri ilə qurduğu bu sıx əlaqələrlə fəxr edir. Onu sammitə dəvət etməklə ABŞ lideri Azərbaycanın beynəlxalq mövqeyinə, eləcə də sülh prosesinə verə biləcəyi strateji töhfəyə böyük hörmətlə yanaşdığını nümayiş etdirdi".
Səfir həmçinin vurğulayıb ki, Azərbaycanın vaxtilə münaqişədə olduğu tərəflə (Ermənistan – red.) sülhə doğru irəliləmə təcrübəsi İsrail üçün də bir uğur hekayəsidir:
"Biz Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə mühüm nümunə kimi baxırıq".