BAKI, 28 yanvar. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Araqçı arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı regiondakı son hadisələr fonunda gərginliyin azaldılmasına yönəlmiş səylər müzakirə olunub.
Bununla yanaşı, Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə də telefonla danışıb.
Telefon danışığı zamanı Suriyadakı son vəziyyət, Qəzza üzrə sülh planının icrası, eləcə də digər regional məsələlər müzakirə edilib.