BAKI, 28 yanvar. TELEQRAF
ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti raundunun fevralın 1-də Əbu-Dabidə keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, yanvarın 23-24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.